Menu

Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib

01.11.2022, 10:53
Türkiyə kəşfiyyatı Suriyada PKK-nın rəhbər şəxsini məhv edib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib və nəticədə daha bir terrorçu məhv edilib.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MİT-dən bildirilib.

Əməliyyat Suriyada aparılıb.

Nəticədə PKK/YPG terror təşkilatının Serdem Pir-Serhat Harun kod adlı qondarma tabor komandiri Ersin Şahin məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol