Menu

Fransa parlamenti Fələstini tanımaq layihəsinə baxacaq

12.11.2014, 17:16
Fransa parlamenti Fələstini tanımaq layihəsinə baxacaq

Fransa parlamentinin aşağı palatası – Milli Assambleya noyabrın 28-də Fələstini dövlət kimi tanımağa çağıran qətnaməni müzakirə edəcək.

“Media forum” saytının məlumatına görə, sənəd hökuməti Fələstinin dövlət kimi tanımağa, İsraillə münaqişənin tam həllinə nalı olmağa çağırır.

2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verir. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Yerusəlimdən (Qüdsdən) və İordan çayının qərb sahilindən çıxmalıdır.

Oktyabrın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) hökumətə Fələstini müstəqil dövlət kimi tanımağa çağırış yer alan qətnamə qəbul edib. Oktyabrın 30-da İsveç hökuməti Fələstini dövlət kimi tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol