Menu

Rusiya Nikolayevə S-300 raketi atıb - 1 nəfər mülki şəxs ölüb

01.11.2022, 11:52
Rusiya Nikolayevə S-300 raketi atıb - 1 nəfər mülki şəxs ölüb

Rusiya ordusu Ukraynanın Nikolayev vilayətinə S-300 zenit-raket kompleksi ilə zərbə endirib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib.

“Nəticədə 1 nəfər mülki şəxs ölüb, bir sıra mülki obyektlərə zərər dəyib”, - o vurğulayıb.

A.Senkeviçin sözlərinə görə, həmçinin bir neçə fərdi yaşayış evinin pəncərə və qapıları sınıb, dam örtüyü zədələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol