Menu

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb

01.11.2022, 19:16
İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb

İran və Rusiya arasında 4 əməkdaşlıq sənədi imzalanıb.

APA-nın Tehran bürosu xəbər verir ki, ikitərəfli münasibətlərin inkişafı üzrə strateji sənədi İran-Rusiya Müştərək İqtisadi Komissiyasında İran nümayəndə heyətinin rəhbəri Cavad Oci və Rusiya Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.

Bundan başqa, iki ölkə arasında İncəburun-Gərmsar dəmir yolu xətti layihəsinin elektrikləşdirilməsi üçün kredit müqaviləsi, səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq memorandumu və məhsul ötürmə boru kəmərlərinin EPC layihəsinin həyata keçirilməsi üçün əməkdaşlıq memorandumu imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol