MEDVEDEVDƏN YENİ NÜVƏ TƏHDİDİ... - “Əgər zəfər Rusiyanın deyilsə, bu o deməkdir ki..."

“Əgər zəfər Rusiyanın deyilsə, bu o deməkdir ki, qalib Ukraynadır”.

Bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin şəxsi telegram kanalında yazdığı növbəti statusunda əks olunub.

“Ukraynanın müharibədəki məqsədi bəllidir- əvvəllər ona məxsus olan bütün ərazilərin qaytarılması. Yəni onların Rusiyadan qoparılması. Bu isə dövlətimizin mövcudluğu və bugünkü Rusiyanın dağılması təhlükəsini doğurur”, - Medvedev yazıb.

Medvedev vurğulayıb ki, bu isə nüvə silahından çəkindirmə sahəsində Rusiyanın dövlət siyasəti sənədinin 19-cu bəndinin tətbiqi üçün birbaşa səbəb deməkdir.

“Bu sənədin 19-cu bəndi nüvə silahının tətbiqinin şərti kimi “dövlətin mövcudluğu təhlükə altında olduqda adi silahlardan istifadə etməklə Rusiya Federasiyasına təcavüzü” tanıyır. Bəs onda kim nüvə münaqişəsini planlaşdırır, soruşa bilərəmmi? Nüvə silahından istifadə etməklə dünya müharibəsinin birbaşa təxribatı deyilsə, bəs onda bu nədir?”, - o əlavə edib.

635x100

Şərhlər

Mubariz 2022-11-01 23:54:37

Putinə nə qədər demək olar ,bu adama axrıncı 100-qramı süzməyin , içən kimi SSRİ ,ya da nüvə silahıyadına düşür ,yəqin ayılandan sonra statusunu siləcək , əvvəllərolduğu kimi

Eli 2022-11-01 22:50:47

Dimanın başının quruluşu uşaq vaxtı onun “Raxit” xesteliyi keçirmesinden xeber verir,yeni bu adamda “D” vitamini çatışmamazlığı var,bir çox hallarda bu Flor elementinşn çatışmamazlığı ile paralel gedir ve neticede bir xestelerde bu “ağıl zefliyi” ile conuclanır.Mütexessisler bu fikri tesdiq ede bilerler.

Eli 2022-11-01 22:15:52

Dima tam “ qatıqlayır”- Ukraynanın müharibede meqsedi evveller ona mexsus olan erazıleri qaytarmaqdır,bu ise Rusiyanın dağılması demekdir.Ay alkaş Dima dövlet ve millet öz halal Haqqını qaytarmaq üçün Şehid olyr qsçqın düşür bunun Rusiyanın dağılması ile ne elaqesi ola biler.Sen bedbext düntada en böyük erazisi olan dövlet kimi heç öz milletin dolandıra bilmirsen,dövletin İran kimi bir dövletden silah alur sen neden danışırsan ay bedbext.

Son yazılar