Menu

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var” - Paşinyan

02.11.2022, 12:04
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında mühüm dəyişiklik var” - Paşinyan

“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.

N.Paşinyanın sözlərinə görə, artıq nəinki hakimiyyət, hətta cəmiyyət səviyyəsində də Türkiyə ilə əlaqələr barədə dilemma yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol