XTQ CƏNUB SƏRHƏDLƏRİNDƏ TƏLİMƏ BAŞLADI - Hikmət Mirzəyevin rəhbərliyi ilə + VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.

Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.

Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.
Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.

635x100

Şərhlər

dadaşyev 2022-11-02 15:20:01

Supeeer!Güc göstərisinə qarşı güc göstərisi! İran Tiryək Respublikasının narkoman liderləri hesab etməsinlər ki,onları qınamağımız onlardan çəkinməyimiz üzündəndir.Qətiyyən!Biz ona görə qınayırıq ki,çünki özünə müsliman deyən bir ölkənin öz din qardaşlarına qarşı işğalçı xristianları dəstəkləməsi son dərəcə absurd bir şeydir.Yoxsa bir tək İsrailin əcaib raketləriylə İran darmadağın edilə bilər,izi-tozu da qalmaz.Hələ Türkiyə,Pakistan bir tərəfə.Bizim üçün əmmaməli tiryaki liderlər aslan tükünə qonub aslanı narahat edən ditdili kimi bir şeydir.

Son yazılar