"Biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik".
"AzPolitika.info" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat brifinqində deyib.
"Biz hesab edirik ki, birbaşa dialoq hər iki ölkənin öz tərəfdaşları ilə birlikdə, digər təşkilatların iştirakı ilə bəyan etdikləri sülhə nail olmaq üçün açardır", - o, əlavə edib.
Praysın şərhləri Rusiya lideri Vladimir Putinin oktyabrın 31-də Soçidə Ermənistan və Azərbaycan liderlərini qəbul etdikdən sonra səslənib.
Öz növbəsində, Dövlət Departamenti Soçi görüşünün nəticələrinə dair heç bir qiymət verməyib.
"Biz bu görüşün iştirakçısı olmamışıq. Onun nəticələri barədə danışa bilmərik", - Prays "Turan"ın müxbirinə deyib.
"AzPolitika.info"


Şərhlər