Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs edilib

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

APA xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.

İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

635x100

Şərhlər

Tural 2022-11-02 18:39:14

Bəyəm burda mədəniyyətdən bir şey qaldı ki? Neçə ildir ki, bu nazirlikdəkilər ogurluq üstündə tutulub buraxılır. Belə isə bunun adını dəqiqləşdirərək ogrular, rüşvətxorlar, korrupsionerlər nazirliyi (bandası) qoymaq lazımdır. Hər şeyi öz adı ilə ....

Azər 2022-11-02 18:30:38

Mədəniyyət nazirliyini idarə edənlər mədəniyyətdən xəbəri olmayan digər peşə sahibləri idi. Odur ki, o biri nazirliklər kimi bu nazirliyi ləğv edib İqtisadiyyat nazirliyinə svarka etmək lazımdır. O cümlədən Təhsil nazirliyini də... Voobşe hamısını bir qapazla İqtisadiyyat nazirliyinə birləşdirmək lazımdır. Nəyə lazım bu qədər nazirliklər....

Son yazılar