Menu

İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

02.11.2022, 23:14
İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, “Peugeot 405” markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar.

Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol