Menu

“Veysəloğlu” 700 min manatdan çox cərimələnib

03.11.2022, 09:45
“Veysəloğlu” 700 min manatdan çox cərimələnib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-ni 715 227 manat cərimələyib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu, bundan istifadə edib satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb. “Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərini pozduğu əsas götürülərək “Veysəloğlu”ya qarşı maliyyə sanksiyası tətbiq olunub.

Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır", - deyə məlumatda qeyd olunub.

Şərhlər

turan 2022-11-03 14:02:10

Bu şirkət bütün cəriməni qiymətləri artırmaqla camaatın hesabına ödəyəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol