Xəbər verildiyi kimi, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Erməni mənbələrinin yazdığına görə, vurulan vertolyotda 3 pilot olub. Vertolyot tamamilə yanıb, pilotların 3-ü də ölüb.
Ermənilər bu gün məhv edilmiş erməni hərbi vertalyotunda ölən 3 hərbçidən birinin adını açıqlayıb. Modern.az xəbər verir ki. Ermənistan Müdafiə Nazirliyini mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan vertolyotun mayor Sergey Saakyan tərəfindən başçılıq edilən pilot qrupunun idarə etdiyini bildirib.


Şərhlər