Qazaxıstanda müxalifət lideri, Demokrat Partiyasının sədri Canpolad Mamay ev dustaqlığına buraxılıb. Müxalifət liderinin tərəfdarları onu həbsxana önündə böyük sevincə qarşılayıblar.
Mamay bu ilin fevralın 15-də Qazaxıstanda qanlı yanvar hadisələri zamanı həlak olanların anım mərasimində saxlanıb. Əvvəlcə ona 15 sutka inzibati həbs cəzası kəsilsə də, daha sonra əlavə ittihamlar, o cümlədən yanvar hadisələrinin təşkilatçısı ittihamı irəli sürülmüşdü. Canpolad Mamay ittihamları rədd edirdi. Beynəlxalq təşkilatlar onu siyasi dustaq kimi qəbul etmişdilər.
Mamay həbsdə saxlanıldığı müddətdə partiya fəalları onun hüquqları və azadlığı uğrunda ardıcıl kampaniya aparıblar. Müxalifət liderinin həyat yoldaşı, xanım İnqa İmanbay bu kampaniyaya rəhbərlik edib.
Qeyd edək ki, Canpolad Mamayın işi üzrə məhkəmə prosesi noyabrın 7-də başlayacaq.
"AzPolitika.info"


Şərhlər