TÜRKİYƏLİ GENERAL İRAN SƏRHƏDİNDƏ... - Xüsusi təyinatlıların təlimini izləyib + VİDEO

Xəbər verdiyimiz kimi,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.

Təlimi izləyənlər arasında Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı da olub. O, bu məqsədlə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə ölkənin cənub bölgəsinə səfər edib.

Z.Həsənov və Türkiyəli general xüsusi təyinatlılarla görüşüb, onların qayğıları ilə maraqlanıb.

Onlar eyni zamanda, Azərbaycanın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıblar.

Qeyd edək ki, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissələrinin təlimi başlayıb. Təlimdə Hərbi Hava Qüvvələrinin, eləcə də Raket və Artilleriya bölmələri də iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar