“UKRAYNADA NÜVƏ SİLAHINDAN İSTİFADƏ OLUNMAYACAQ” – Putin Ərdoğana söz verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur.

"AzPolitika.info" xəbər verir ki, bu barədə bu gün Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib. O, qeyd edib ki, telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin edib.

İbrahim Kalın əlavə edib ki, Ukrayna tərəfi də öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib.

Türkiyə Prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir.

"AzPolitika.info"

635x100

Şərhlər

Azər 2022-11-03 17:44:19

Bu kişicik haçan sözünü tutub ki?..

Son yazılar