Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.
Bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
***
Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. Bununla bağlı mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.
İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.
1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib.
1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının vergilər naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.
***
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Bu barədə "Report"a onun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, F.Məmmədov ötən gecə dünyasını dəyişib.

Şərhlər
...
Ne olur olsun,bu dünyanı terk eden bir Şexs-müselman haqqında tehqiramşz ifedeler işletmek ne insanlıqdır ,ne de kişilik.Bınu bütün müqeddes kitablar da peyğemberler de dahiler de demişdir.
Allah rehmet elesin.
Allah yanında dəfn olunanlara rəhmət eləsin
Əlbəttə biz bəndə olaraq əbədiyyata qovuşana öz rəhmət arzumuzu izhar edirik,lakin işıqlı dūnyada bu bəndə öz missiyasını yerinə yetirə bilmədi
Allah rəhmət eləsin.