Menu

Britaniya, Almaniya və Fransa İrana qarşı birgə mübarizəni müzakirə edib

04.11.2022, 14:24
Britaniya, Almaniya və Fransa İrana qarşı birgə mübarizəni müzakirə edib

“İranın davam edən nüvə eskalasiyasının beynəlxalq təhlükəsizliyə yaratdığı təhdidləri müzakirə etmək üçün bu gün Almaniyadan olan həmkarım Annalena Berbok və fransalı həmkarım Katrin Kolonna ilə görüşlər keçirdim”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.

Onun sözlərinə görə, Böyük Britaniya İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək.

Şərhlər

dadaşyev 2022-11-04 22:33:14

Fransanı çıxın o üçlükdən,çünki Xomeynini o gətirib 1979-cu ildə bəla edib İranın və müsliman dünyasının başına.İndi də Xameneyini sığallayıb tumarlayır.Xameneyi də ona güvənib xoruzlanır,tiryək dolu sulu qəlyanı əlində,əmmaməsi də sulu qəlyanının başında.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol