Menu

İran nüvə proqramını inkişaf etdirmək üçün Rusiyaya müraciət edib

04.11.2022, 17:48
İran nüvə proqramını inkişaf etdirmək üçün Rusiyaya müraciət edib

İran hakimiyyəti nüvə proqramını inkişaf etdirmək məqsədilə Rusiyaya müraciət edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının yüksək vəzifəli nümayəndəsi məlıumat verib.

Bildirilib ki, Tehran Moskvadan əlavə nüvə yanacağı və nüvə materiali almaq üçün müraciət edib.

Qeyd edilib ki, bu yardım İranın nüvə silahı yaratmaq müddətini qısalda bilər.

Rusiyanın məsələyə münasibətinə dair məlumat yayılmayıb.

Bir müddət əvvəl Kreml İranın nüvə silahı əldə etməsinin arzuedilməz olduğunu bildirmişdi. Bununla belə, son zamanlar Rusiya İranla hərbi-texniki əməkdaşlığı artırıb. İrana məxsus dronlardan Rusiya Ukraynadakı müharibədə istifadə edir. İranın Rusiyaya raketlər tədarük edəcəyi gözlənilir. Bu əməkdaşlıq fonunda Moskva Tehranın nüvə ambisiyalarına yenidən baxa bilər.

Şərhlər

dadaşyev 2022-11-04 22:13:54

Ölkədəki iğtişaşları və ermənistan xaric dörd bir yanındakı ölkələrin ona nifrət etdiyini görüb sonunun gəldiyini dərk edən İran Tiryək Respublikası nüvə proqramını inkişaf etdirmək üçün yox,nüvə silahı almaq üçün Rusiyaya müraciət edib.Çünki zaman get-gedə daralır əmmaməli terrorçular üçün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol