DTX RƏİSİ ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB - "Bu, çox təhlükəli tendensiyadır..."

Ermənistanda revanşist hisslərlə yaşayan qüvvələr və onlara havadarlıq edən xarici dairələr isə regionda yaranmış yeni reallıqları qəbul etməlidir.

APA xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın təhlükəsizliyinə risk yaradacaq bütün çirkin əməllərdən çəkinməlidirlər:

Əks halda nəzərə almalıdırlar ki, dövlət başçısının dediyi kimi, “Dəmir yumruq yerindədir!”,- deyə Dövlər Təhlükəsizliyi Xidmətinin rəisi bildirib.

Əli Nağıyev bildirib ki, erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir: “Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2022-11-05 11:17:24

Bu gün Ölkə Başçısının Qarabağla bağlı qətiyyətinin və bu yöndəki xarici siyasətində öz əməli fəaliyyətl ilə Ona destek verən, yanında olan DTX ölkədəki tək-tək orqanlardan ( Daxili İşlər Nazirliyi də həmçinin) biridir və deyərdim ki, en öndə gedənidir. DTX bu gün həm düşmən təxribatının önlənməsində, həm cəbhədə, həm Ölkə içi daxili təhlükəsizliyin qorunmasında və həm də ölkədəki bəzi icra qrumları səlahiyyətlilərinin öz vəzifə səlahiyyətlərindən istifadə edib də, dövlətin dayanıqlığını zəiflətmək məqsədi ilə ölkə büdcəsini talayanlara qarşı əzmlə mübarizə aparır, Ona görə də Əli Nağıyev başda olmaqla, bütün təhlükəsizlik orqanlarının əməkdaşlarına bu şərəfli vəzifələrində əzmikarlıq və uğurlar arzulayırıq. Her bir vətən övladı da bilməlidir ki, millət və vətən yolunda etdiklərinə görə vətən onlara minnətdardır və daima minnetdar olaraq da, qalacaqdır.

Son yazılar