Menu

Laçın dəhlizi ilə sülhməramlıların məsuliyyət zonasına silahlar daşınır - SİYAHI

05.11.2022, 21:21
Laçın dəhlizi ilə sülhməramlıların məsuliyyət zonasına silahlar daşınır - SİYAHI

“Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub.

“Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:

- piyada əleyhinə minalar;

- tank əleyhinə minalar;

- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;

- snayper tüfəngləri;

- 122 mm-lik minaatanlar;

- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);

- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);

- Qumbaraatanlar;

- Portativ rabitə;

- Sursatlar.

Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bu gün və sabah ərzində Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub.

Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.

Şərhlər

qaraguruh 2022-11-06 15:05:37

zamanında özü haqqıda çox böyük düşünən pimitivlərin böyük yazılarına kiçik cümlələrlə cavablar vermişdim ki çox-çox pis prosesə şərait yaradıldı-çıxış da çox pis olacaq--Tanrı Azərbaycanı qorususun--ancaq böyük şair demiş buralarda ONUN izi görünmür.

dadaşyev 2022-11-06 10:31:00

Biz Laçın dəhlizini bağlamaqda və ya ora heç olmasa öz postumuzu qoymaqda həddindən artıq gecikirik.Monitorinqlə-filanla olmaz bu iş.Gələn gedənin yükünü,kimliyini ələk-vələk eləmədən olmaz. Onsuz da bu işlərin sonu dəhlizi bağlamağa doğru gedir.Amma o zaman çox gec ola bilər.Ermənistan bizimlə heç vaxt sülh müqaviləsi bağlamayacaq,bizi hər dəfə iki ay-üç ay-beş ay gözlədə-gözlədə silahlanmağa vaxt qazanır o.Budur,iki ili ötürdü gözlədə-gözlədə,indi daha iki ay da gözlədir.Əmin olun ki,iki ay bitəndən sonra daha iki-üç ay da gözlədəcək,çünki Hindistandan,Fransadan İrana gətirilməli olan yeni silah partiyalarını gözləyəcək.Tam silahlanandan sonra müqaviləni unudub müharibəyə başlayacaq.Paşinyan sülh bağlamaq istəsə də böyük dövlətlər buna imkan verməyəcək.Çünki Rusiyanı Ukraynada uduzdurmaq üçün ona qarşı ikinci bir münaqişə ocağı yaratmaqdı planları ki,Rusiya iki cəbhə barədə düşünməli olsun.Bu azlıq edərsə Əfqanıstan talibləriylə də Özbəkistan tətrəflərdə daha bir qaynar qazan yaradacaqlar.Dəhlizi sonra da bağlaya bilərik,amma oraya heç olmasa öz postumuzu qoymalıyıq.Mütləq.Gecikmədən.Ötən hər gün yox,hətta hər saat bizə qarşı işləyir dəhliz nə qədər ki nəzarətimizə götürülməyib.

Eli 2022-11-06 01:01:34

Her şeyin başı Sebrdir:Sebr ile halva bişer ey qora senden,Beslesen. atlas olar tut yarpağından.Ermeni separatçılarının ve Rusiya “Sülhmeramlı qüvvelerinin” axırına bizim sebrimiz ve zamanında göreceyimiz antiterror emeliyyatları çıxacaq.Qoy Vradanyanla Volkov @Ümümbeşeri ermeni azadlığı “ ile “ Erebıni” konyakı vura vura meşğul olsunlar,@Türk Pazını özlerinde hiss edende biri Fransaya o biri ise Rusiyaya qaçacaqlar.

ƏNHU 2022-11-06 00:55:32

Bunu hər bir sıravi vətəndaş öz məntiqi ilə çoxdan anlayırdı. Siz hələ indi duyuq düşmüsünüz?

korrektor 2022-11-05 23:57:10

TƏCİLİ LAÇIN DƏHLİZİ BAĞLANMALIDIR. TƏCİLİ RUSLARA QARABAĞDAN RƏDD OL KOMANDASI VERİLMƏLİDİR

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol