ABŞ DÖYÜŞ TƏYYARƏLƏRİ İRANA DOĞRU İRƏLİLƏYİB - “The Washington Post“

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair son xəbərlərdən sonra ABŞ İrana döyüş təyyarələri göndərib.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post“ məlumat yayıb.

Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edildikdə, ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılmasına qərar verilib.

Qəzetin yazdığına görə, təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın gücü və əhəmiyyətinin göstəricisi olub.

635x100

Şərhlər

dadaşyev 2022-11-06 20:36:26

Nə ABŞ,nə Fransa İrana heç bir şey etmək fikrində olmayıblar heç vaxt,bundan sonra da olmayacaqlar.Bu,sadəcə ABŞ-ın ildə bir-iki dəfə etdiyi kimi dünyada neft qiymətini qaldırması üçündür.ABŞ öz rezervuarlarına ucuz nefti doldurandan sonra onu baha qiymətə satmaq üçün İrana hərbə-zorba gəlir,hədələrdən dərhal sonra neft qalxır və ABŞ neftini baha qiymətə xaricə sırıyır,elə ki neftini rezervuarlarından satıb bitirir baha qiymətə,onu doldurmaq üçün neft ucuzlaşmalıdır deyə İranı rahat buraxır.Neft ucuzlaşdımı yenə rezervuarlarını doldurur ucuz neftlə,dolduruinca baha qiymətə satmaq üçün yenə İranı hədələməyə başlayır.Bu proses 40 ildən çoxdur beləcə davam edir.İndi baxarsınız:bir neçə gündən sonra neftin qiyməti azı 120 dollar olacaq.Beləliklə,nə vaxt ki,ABŞ İranı hədələməyə başlayır,bilin ki ABŞ rezervuarları neftlə ağzına qədər dolub.

Son yazılar