Artıq xəbər verildiyi kimi, Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) I vitse-prezidenti təyin edilib. Bununla bağlı Prezident sərəncam imzalayıb.
Bu xəbər yayılandan dərhal sonra bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə AZAL-ın hazırkı Prezidenti Cahangir Əsgərovun tezliklə istefaya göndəriləcəyinə dair məlumatlar, iddialar yayılmağa başlayıb. Qeyd olunur ki, S.Rzayevin I vitse-prezident təyin olunması təsadüfi deyil və o, 72 yaşlı C.Əsgərovun yerinə hazırlanır. Bu təyinata qədər S.Rzayev AZAL-ın 4 vitse-prezidentindən biri olub.
Bu iddiaların meydana çıxması da təsadüfi deyil. Belə ki, son bir neçə ildə yüksək vəzifələrə təyin olunan şəxslər adətən öncə təyinat aldıqları qurumlarda 1-ci müavin vəzifəsinə keçiriliblər. Daha sonra nazir, komitə sədri və digər yüksək postları tutublar. Bu baxımdan S.Rzayevin AZAL-a mümkün prezident təyinatı ilə bağlı deyilənlərdə müəyyən məntiq var.
Digər yandan mülki aviasiyada monopolist olan AZAL-ın apardığı qiymət siyasətilə və göstərdiyi xidmətlə bağlı çoxlu narazılıqlar, şikayətlər var. Hətta ölkə başçısı da AZAL-ın fəaliyyətindən narazılılğını bildirib. Bu şirkət demək olar ki, regionumuzda ən yüksək qiymətlərilə seçilir və bu durumun yaranmasında C.Əsgərovun xüsusi “zəhmətinin” olduğu iddia edilir.
“AzPolitika.info”



Şərhlər
Köhnə hamam,köhnə daban daşları.
Əsgərov çox gözəl tvist oynayır və onu telefonuna çəkənə orta barmağını göstərir...
Türk qardaş düz yazıb. Azəri Türkü və Azəri Türk dili. Bu məmləkədtə hegomon millət Azəri Türkləridir. Niyə əsəbləşirsən. Heç cahangir jurnalistlər xəbər tutana qədər Aeroporta ancaq anası erməniləri rusları götürürdü. Azərbaycan dilində danışmağa icazə verlmirdi. Buna heç əsəbləşmirsən?
Bığı qırxmaq hətda yenidən buraxsa da deyəsən Canikə düşmədi. Bığ qırxmağın çox mənası var və çox köpəyoğlu şey olsa da bundan Canikə gir...
yəni dəxli yoxdur. O ki, qaldı işdən çıxarılmağa. İnnən belə Canik prezident olsa nolacaq, olmasa nolacaq?! Yığdığın yığıb, oğurladığın oğurlayıb...
Turk qardas, azeri milleti ve azeri dili deyilen bir sey yoxdur. Noqte.
Anar AYB-nin,Cahangir də "Azal"ın kreslosunu iyləndirir.Bunlara baxdıqca,Hüseyn Arifin "Qoca nazir qocalmır ki,qocalmır.." şeiri yada düşür..Katibələr qocalsa da,bunların sifəti codlaşıb daşlaşır.
Məncə artıq bəzi ASC, QSC və digərlərindən "prezident" sözünü yəğışdırmaqğın vaxtədər. Çünki, bizim bir Prezidentimiz var, o da İlham Əliyev Cənablarıdır, əlavə prezidentə də məncə ehtiyac yoxdur.
AZAL Azərbaycan Konstutusiyasını pozaraq Dövlət dili kimi rus dilini işlədir. Əsgərov məsuliyyətə cəlb olunmalıdır...
Hecnə dəyişməyəcək.
Cahangir Esgerov yenilmez bir esgerdir.Pulunu balta kesmez ,od yanmaz suda batmaz .
Bu getsə idi ora Azəriləri də işə götürərdilər. Azəricə danışmağa da imkan verərdilər.