Binəqədinin icra başçısının müavini Qəzənfər Hovruzov barədə ilginc xəbər
Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun birinci müavini Qəzənfər Hovruzov bir müddətdir ki, işə çıxmır. Bu barədə azadliq.info-ya etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Qəzənfər Hovruzovla icra başçısı arasında münasibətlər o qədər də yaxşı olmayıb. Onun işə çıxmaması da bununla izah edilir. Bəzi məlumatlara görə isə Qəzənfər Hovruzov Azərbaycanda deyil. Məlumat üçün deyək ki, Qəzənfər Hovruzov YAP icra katibinin müavini Siyavuş Hovruzovun əmisi oğludur. Qəzənfər Hovruzovun bir qardaşı Məhərrəm Hovruzov Abşeronun sosial müdafiə fondunun rəhbəridir. Digər qardaşı Vaqif Hovruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Qəzənfər Hovruzovla bağlı məlumatı dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazovla əlaqə saxladıq. O, bu məsələ barədə danışmaq istəmədiyini bildirdi.


Şərhlər