QARABAĞDAKI ERMƏNİLƏR YENİDƏN TƏXRİBATA BAŞLADI - Sülhməramlıların gözü qarşısında...

Noyabrın 8-i saat 18:40-dan noyabrın 9-u saat 02:20-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Yuxarı Zağalı və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı,Yellicə, Zəylik, Zağalı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

635x100

Şərhlər

Roma 2022-11-10 11:59:45

rus-erməni cütlüyünün gözü götürmür bizim qurub yaratdıqlarımıza. Şəxsən mən çox narahatam ki, bu qədər əziyyətlə tikib-yaradırıq, rus erməninin əlilə onları dağıtmasa yaxşıdır...

təklif 2022-11-09 19:41:31

Qarabaq Azərbaycanındır !!! Xankəndində və digər rayonlarda, kəndlərdə, yollarda yerləşmiş Rusiya ........................əskərlərinin yanına , mövcud real vəziyyətə , paralell istiqamətdə , nəzarəti təmin etmək üçün , tezliklə , Bakıdan göndərmək lazımdır bütün çoxsaylı çevik polis alaylarını, bütün polis bölmələrinin - şöbələrinin polislərini, mülki, xüsusi , çoxsaylı idmançı dəstələrini, təxminən 15000 ( on beş min ) nəfərlik , çox güclü polis qüvvəsini və Vardanyanin erməni təxribatçı dəstələri təslim olacaqlar.

Qenber 2022-11-09 12:22:39

Allah C Cabbarliya rehmet elesin Atan kazaklardir

t.ədalət 2022-11-09 10:21:51

Mövqelərimizi atəşə tutan erməni hərbiçilərinin mundirini geyinən ruslardır.

Son yazılar