Menu

Nensi Pelosi yenidən Nümayəndələr Palatasına seçilib

09.11.2022, 12:19
Nensi Pelosi yenidən Nümayəndələr Palatasına seçilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi aralıq seçkilərdə qalib gəlib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, o, Kaliforniya ştatında keçirilən səsvermədə 82 % səslə Respublikaçılar Partiyasından olan rəqibi Con Dennisi qabaqlayır.

Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansa, spiker bu partiyanın nümayəndələri arasından seçiləcək.

Xatırladaq ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeridir.

Şərhlər

dadaşyev 2022-11-09 23:27:31

Dünyanın bütün qoca qəhbələri siyasətdən çəkilsələr bəşəriyyət rahat yaşayar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol