Qondarma Xerson vilayətinin qubernatorunun müavini Kirill Stremousov avtomobil qəzasında dünyasını dəyişib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət başçısının mətbuat xidməti jurnalistlərə bildirib.
Xerson vilayətinin Səhiyyə Nazirliyi Stremousovun ölümü ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.
Satqın Stremousov Rusiya tərəfindən Xerson vilayətinin tutulmasından sonra vəzifəyə təyin olunub. Sentyabrın 28-də o, Rusiya pasportunu alıb.
İstisna deyil ki, Stremousovu Ukrayna xüsusi xidmət orqanları aradan götürüb. Rusiya təbliğatı isə satqınlar arasında panikaya yol açmamaq üçün hadisəni avtoqəza kimi qələmə verirlər.
"AzPolitika"


Şərhlər
Satqinlarain axri bele olur !
Kaş,Rusiyanın Azərbaycandakı əlaltıları da beləcə ölsünlər.