"Putinlə bir-birimizə inanırıq" - Türkiyə lideri

"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib: "Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdirik".

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".

635x100

Şərhlər

Roma 2022-11-10 18:37:23

Atalar misalında deyilir, "itlə dostluq elə, çomağı uzaq qoyma"...

Son yazılar