Menu

Bakıda orta aylıq əmək haqqı 1000 manatı keçib

10.11.2022, 13:07
Bakıda orta aylıq əmək haqqı 1000 manatı keçib

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 068,7 manat təşkil edib. Bu barədə report-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3% artıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.

Şərhlər

Bakı sakini 2022-11-10 15:20:31

Bakı şəhər Statistika idarəsindən xahiş edirəm ki, muzdlu işçilərin Orta aylıq əmək haqqını necə hesablandığını açıqlasın? Təhsil, Səhiyyə, özəl tikinti, zəruri Xidmət və ticarətdən qeyri fəal sahələr görünmür. Onların sırasında hər 10 nəfərdən azı 7 nəfəri heç 500 man maaş almır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol