Menu

KİV: “İran ilk hipersəs ballistik raketlər hazırlayır”

10.11.2022, 13:53
KİV: “İran ilk hipersəs ballistik raketlər hazırlayır”

İran ilk hipersəs ballistik raketlər hazırlayır.

“Report” “Blomberq”ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib.

Məlumata görə, artıq ölkədə ilk hipersəs ballistik raketlərinin istehsalı üçün hazırlıqlar başlayıb.

SEPAH komandiri general Əmir-Əli Hacızadənin sözlərinə görə, İran raketləri ən yeni hava hücumundan müdafiə sistemlərindən yan keçməyə qadirdir.

O bildirib ki, hipersəs raketinin maksimal sürəti saatda, təxminən 6 min kilometrdir.

Qeyd edək ki, SEPAH komandiri bu bəyanatı İranın Rusiya ordusuna yaxınmənzilli ballistik raketlər ötürməsi ilə bağlı son məlumatlar fonunda verib.

Şərhlər

dadaşyev 2022-11-10 23:42:09

Rusiyanın “Kinjal” raketləridir bunlar,dronların-filanların əvəzində Rusiya təyyarələrlə bu yaxın günlərdə İrana göndərib,atışına da Patruşev gedib icazə verib,deyib ki soruşan olanda deyərsən özümüz icad eləmişik,indi də istehsalına başlayırıq.”Kinjal” raketləri haqqında Putin 2018-ci il martın 1-də Rusiya Federal məclisi qarşısında çıxışı zamanı bildirmişdi,demişdi səsdən on dəfə sürətlidir,uçuş məsafəsi 2000 km-dir və heç bir hava hücumundan müdafiə raketləri tərəfindən guya vurula bilmir.İndi həmin raketlərdən İrana da verməkdədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol