Kremlin təbliğatçısı Vladimir Solovyov yenə qəzəblənib. Solovyov Rusiya Müdafiə Nazirliyini ordunun indiki vəziyyətinə görə ittiham edib.
O, Rusiya ordusunun Xersondan geri çəkilməsi xəbərini həzm edə bilmədiyini açıqlayıb: “Həddindən çox sayda əclaf yalan danışıb. Aşağıdan yuxarıya qədər hamısı yalan danışıb. Bəs deyirdiniz anbarlar doludur, texnikanın vəziyyəti əladır, müharibədə döyüşçülərimiz kifayət qədərdir, hər şey plan üzrə gedir?"
Təbliğatçı rus ordusunu talayan komandirləri cəzalandırmağa, hətta güllələməyə çağırıb. Anbarlarda hansı silahların olduğu, texnikanın vəziyyəti, cəbhədəki döyüşçülərin sayı barədə onların insanlara yalan danışdığı məlumdur. (konkret.az)
Qeyd edək ki, Surovikin dünən Rusiyanın itkilərinin Ukrayna Silahlı Qüvvələrinin itkilərindən 7 dəfə az olduğunu bildirib. Ancaq o, izah edə bilməyib ki, niyə Xersondan geri çəkilirlər.


Şərhlər
Solovyovun sifəti arxadan zorlanmış geylərə bənzəyir.