Menu

Xersonu tərk edən Rusiya ordusu telemərkəzi və enerji obyeklərini partladıb

11.11.2022, 00:01
Xersonu tərk edən Rusiya ordusu telemərkəzi və enerji obyeklərini partladıb

Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

APA UNİAN-a istinadən xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya mərkəzini, qazanxanaları və enerji obyeklərini partladıblar.

Məlumata görə, hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlər bildirir ki, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.

Şərhlər

Turan 2022-11-11 07:26:51

Stepan Razin və Puqaçovun törəmələrindən bundan artıq nə gözləmək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol