Menu

“Bu gün üçün iki nəfərin siyasi karyerası başa çatıb: Putinin və Trampın” – Piontkovski

11.11.2022, 13:00
“Bu gün üçün iki nəfərin siyasi karyerası başa çatıb: Putinin və Trampın” – Piontkovski

“Bu gün üçün iki nəfərin siyasi karyerası başa çatıb – Putinin və Trampın. Rusiya Prezidenti üçün siyasi karyera çoxdan bitib. Trampın siyasi karyerası isə ABŞ-dakı seçkidən sonra bitdi”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

Piontkovski hesab edir ki, ABŞ-da keçirilən son aralıq seçkilərinin nəticələri onu deməyə əsas verir ki, Amerika üçün Tramp mövzusu bitib. Belə ki, Respublikaçılar Partiyası daxilindəki “trampçı” namizədlər uğursuzluğa düçar olublar. Ümumilikdə gözlənilənlərin əksinə olaraq, Konqresə keçən namizədlərin sayında respublikaçılar cüzi üstünlük qazanıb, Senatda isə demək olar, “heç-heçə” qeydə alınıb: “Yekun nəticələr dekabrda elan ediləcək, lakin indidən məlumdur ki, vəziyyət Trampın xeyrinə deyil və bunda onun özü günahkardır. Tramp “ənənəvi” respublikaçıları öz “fanatları” ilə əvəz etdi ki, onlar da Konqresə keçə bilmədilər. Bu adamların şüarı “Ukraynaya bir qəpik də yardım edilməsin” idi ki, bu da onları məğlubiyyətə məhkum edirdi. Çünki bu mövqe ictimai rəyin əleyhinə gedirdi”.

Bununla yanaşı, tanınmış politoloq bildirib ki, Tramp respublikaçıların etibarını itirib və o, prezidentlik uğrunda mübarizə apara bilməyəcək: “Ümumilikdə seçkinin nəticələri Ukraynaya edilən yardıma təsir göstərməyəcək. Respublikaçıların ənənəvi çoxluğu Ukraynaya yardım edilməsini demokratlardan da artıq dəstəkləyir. Onlar tez-tez Baydeni Ukraynaya lazımi səviyyədə dəstək verməməkdə və müasir silahlar göndərməməkdə günahlandırırlar”.

Belə görünür ki, Kremlin ABŞ-dakı aralıq seçkilərinə olan ümidi də puç olmaqdadır. Çünki nəticələr Putinə məlum münasibəti ilə seçilən “trampçı” respublikaçıların fiaskoya uğradığını göstərir.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Elmira 2022-11-11 15:02:33

Şad xəbər olasız!

Elmira 2022-11-11 14:17:20

Şad xəbər olasız!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol