Menu

Bakıda narkokuryerə hökm oxunub

11.11.2022, 15:59
Bakıda narkokuryerə hökm oxunub

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Anar Cəbiyevə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, A.Cəbiyev Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bu zaman A.Cəbiyevin üzərindən 110 qram heroin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxs xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb edilib.

O, paytaxt ərazisində narkotiklərin satışını təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol