Menu

İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb - Rəsmi Bakının narazılığı çatdırılıb

11.11.2022, 16:30
İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb - Rəsmi Bakının narazılığı çatdırılıb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi noyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.

Şərhlər

Türk Turan 2022-11-12 12:23:09

Əla!

dadaşyev 2022-11-11 18:26:18

Əla!İran XİN-ə bizim Tehrandakı səfirimiz çağırıldısa biz də eynisini etməliyik.Amma daha yaxşı olardı ki,biz bunu irandan əvvəl edəydik.Çünki iranın qələtləri başdan aşıb daha.Haqqımız yox idimi irandan əvvəl belə addım atmağa?Nəyi gözləyirdik?Ümumiyyətlə,baş verən bir çox məsələlərdən sonra iran səfirini çoxdan ölkəmizdən çıxarmalıydıq.Amma bu işdə də susuruq.Gözləyirik iran bizim səfirimizi çıxarsın,sonra biz çıxaraq?

Vahid 2022-11-11 16:49:14

Abbas Musevini çoxdan çağırmaq lazım idi.Gecikmiş addımdır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol