Menu

Goranboyda hərbi maşın qəzaya düşüb - Xəsarət alanlar var

11.11.2022, 18:04
Goranboyda hərbi maşın qəzaya düşüb - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308" markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra "VAZ-21099" markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan "QAZ 3308"-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanların hamısı hərbçidir.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, qəzaya düşən hərbçilər yüngül xəsarətlər alıb və hospitala müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol