Menu

Britaniyalı diplomat məhkəmədə Rusiyaya casusluq etdiyini etiraf edib

12.11.2022, 00:32
Britaniyalı diplomat məhkəmədə Rusiyaya casusluq etdiyini etiraf edib

Böyük Britaniyanın Berlindəki səfirliyinin keçmiş əməkdaşı Rusiyaya casusluq edib.

Diplomat Devid Smit məhkəmədə Rusiya Federasiyasına casusluq etdiyini özü etiraf edib.

İstintaq sənədlərində qeyd olunur ki, diplomat nağd ödənişlər müqabilində bəzi məlumatları Rusiya kəşfiyyatına ötürüb.

İstintaq iddia edir ki, bu şəxs ən azı 2020-ci ilin noyabrından Rusiyaya casusluq edib.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol