Menu

Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı - FOTOLAR

12.11.2022, 13:30
Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı - FOTOLAR

Türkiyə Ağrı və İğdırda PKK terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Eren Abluka Sonbahar-Kış-12 Şehit Jandarma Uzman Çavuş Dursun Pampal Operasyonu” adı verilən əməliyyata 1017 nəfər şəxsi heyət və 58 əməliyyat qrupu cəlb edilib.

Əməliyyat terror təşkilatı olan PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə məskunlaşan terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.

Mənbə: Anadolu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol