“BU ADAMI BAYDEN GİZLƏDİR, TERRORUN MƏRKƏZİ ORADIR” - Ərdoğandan sərt AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən döndükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb: "Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Və Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir.Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”

Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda keçirilən sammiti çərçivəsində üzv dövlətlərin liderləri ilə FETÖ ilə mübarizə məsələsini müzakirə etdiyini açıqlayıb: "Bu liderlərlə hər dəfə bir araya gələndə terrorla, PKK/PYD/YPG, FETÖ və İŞİD-lə mübarizə mövzusunu xatırladırıq. FETÖ ilə bağlı "bizdə var" demirlər. Həmişə deyirlər ki, təmizləmişik, təmizləyirik. Qırğızıstan, Özbəkistan və Qazaxıstanla eyni şeyi danışdıq. Soruşdum ki, bu məsələ ilə bağlı mübarizəniz hansı mərhələdədir? FETÖ ilə mübarizədə müəyyən irəliləyiş əldə edə bildinizmi? Deyirsiniz ki, yoxdur, amma təəssüf ki, bizdə olan kəşfiyyat məlumatlarına görə, hətta sizin dövlət qurumlarınızda belə onlardan var.

Onda sizə deyəcək bircə sözüm var: sizin kəşfiyyat xidmətlərinizlə bizim kəşfiyyat xidmətlərimiz bir yerdə işləsinlər, əgər doğrudan da təmizlənibsə, eybi yoxdur, siz də rahat olun, biz də. Ancaq bilin ki, bunlar sizin üçün böyük təhlükələr və təhdidlərdir.

Məsələn, dünən liderlərdən biri mənə dedi ki, siz buna bu qədər diqqət yetirdiyiniz halda mən hələ də FETÖ-nün nə olduğunu bilmirəm. Budur, təəssüf ki, mənbələriniz sizə yanlış məlumat verirlər. Bu alçaqların və vicdansızların nə olduğunu başa düşə bilmirsiniz, çünki sizə yanlış məlumat verirlər".

Türkiyə lideri FETÖ-nün 2016-cı il iyulun 15-də ölkəsində dövlət çevrilişinə cəhdinə də diqqət çəkib: "Baxın, bizdə 15 iyul hadisələri baş verdi və təəssüf ki, 252 şəhidimiz oldu. Bundan başqa, 2000-dən çox vətəndaşımız həm hərbçi, həm də mülki vətəndaş yaralandı, qazi oldu. Bütün bunları yaşadıq. Demokratiyanın mərkəzi olan parlamentimizi bombaladılar. Nə ilə? Bu ölkənin, bu dövlətin, bu ordunun təyyarələri ilə... Helikopterlərlə vurdular. Əgər o zaman dədiq olsaydılar, bəlkə də mən bu gün olmazdım. İki cangüdənim şəhid oldu..."

635x100

Şərhlər

Azər 2022-11-15 08:46:28

Türkiyə sözün tam mənasında qardaş ölkədir və biz eyni millətik… Türkün sevinci sevincimiz, kədəri kədərimizdir. Amma unutmayaq ki, Gülən Amerikaya “sığınanda” Bayden hələ prezident deyildi və Gülən nə böyda əjdahadır ki, Türkiyəyə güc gəlir… Burada şəxsi prinsiplər var ki, bu da Ərdoğanı ucaltmır…

t.ədalət 2022-11-13 11:29:48

Fetonun ən böyük dəstəsi Azərbaycandadır.

Son yazılar