Menu

Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

13.11.2022, 10:31
Azərbaycanın Ukraynadakı səfiri əsa ilə görüntüləndi - FOTO

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

“Qafqazinfo”nun əməkdaşının Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə aldığı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağının burxulması ilə əlaqədardır.

Şərhlər

Camaat 2022-11-15 12:01:43

Bu səfir yox səfildir.

ƏNHU 2022-11-13 20:14:54

Mən bu arvadı hardasa görmüşəm, amma yadıma sala bilmirəm harda görmüşəm bunu.

Azərbaycanlı 2022-11-13 18:51:59

Bu ki.əlildir.Onu hansı ağılla səfir təyin ediblər? bu qarışıq Azərbaycanı necə təmsil edə bilər ki? Hələ bir deputat da etmidilər.Belə hallara görə Azərbaycanda həyat getdikcə çətinləşir.

Roma 2022-11-13 12:26:55

Görün bizim Dövləti kim təmsil edir Ukraynada...adı oğlu ilə birgə, yəni ana-bala korrupsiyaya bulaşmış cütlük...

Nazim 2022-11-13 12:03:18

Ukrayna müharibəsi Qazisi statusu verilsin məncə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol