Menu

İSTANBULDA DƏHŞƏTLİ PARTLAYIŞ - Ölən və yaralananlar var + VİDEO (Yenilənir)

13.11.2022, 22:15
İSTANBULDA DƏHŞƏTLİ PARTLAYIŞ - Ölən və yaralananlar var + VİDEO (Yenilənir)

İstanbulun İstiqlal prospektindəki partlayışda yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib. Oktayın sözlərinə görə, terror aktını 1 qadının törətdiyi ehtimal edilir. 

***

İstanbulda partlayış qurbanlarının sayı artıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 6 nəfər ölüb. Yaralıların sayı 53-ə çatıb.

“Bu hadisədən terror qoxusu gəlir. Hazırda 6 nəfər ölü və 53 nəfər yaralı var. Cinayətin səbəbkarları layiqli cəzalarını alacaqlar. Türk millətini terrorla ram etmək mümkün deyil”, - deyə dövlət başçısı bildirib.

***

İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib. 

APA Türkiyə mediasına istinadən bildirir ki, Yerlikaya açıqlamasında bunları deyib: "Bu gün saat 16.20 radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib. Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var".

Partlayış nəticəsində ən azı 4 nəfərin öldüyü, 38 nəfərinsə yaralandığı dəqiqləşib.

Partlayışın səbəbi hələlik məlum deyil.

***

İstanbulun İstiqlal Prospektində partlayış baş verib. Məlumata görə, əraziyə çox sayda xilasetmə, polis və tibbi personal göndərilib.

Bildirilib ki, partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində ölənlərin və çox sayda yaralıların olduğu qeyd edilib.





Şərhlər

t.ədalət 2022-11-13 21:20:27

Allah Türkiyəni qorusun!Patruşevin İrana səfərindən sonra bu hadisənin baş verməsi gözlənilən idi.Hiss olunur ki,İranla Rusiya Türkiyənin başını terrorla qatıb Qarabağda öz xəyanət planlarını icra etmək istəyirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol