Menu

Amerikalı general Ukraynada qış kampaniyası vəd edir – Krıma qədər...

14.11.2022, 00:02
Amerikalı general Ukraynada qış kampaniyası vəd edir – Krıma qədər...

Qışda Ukraynada döyüş kampaniyası dondurulmayacaq, əksinə, aktiv fazada davam edəcək. Bunu ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin keçmiş komandanı Ben Hoces bəyan edib.

«Ukrayna qışda pauza etməyəcək. İndi 18-ci əsr deyil» - “Tvitter”də eks komandan təsdiqləyir - O, Rusiya qüvvələrinə təzyiqi davam etdirəcək, problemlərini həll etməyə və müdafiəni möhkəmlətməyə ona imkan verməyəcək».

General öz postuna Amerikanın uzaq mənzilli raket sisteminin (ATACMS) xəritəsini əlavə edib - USQ Xersona daxil olandan sonra. «GMLRS-lərin Xersondan buraxdığı HİMARSlar - bunlar mavi dairədir (xəritə üzrə izah edir - Red.). Mən, təsəvvür edirəm ki, bu, tezliklə başlayacaq» - Ben Hoces bəyan edib. O, təsdiqləyir ki, HİMARS Krımın şimalını vura bilər, ATACMS isə daha uzaqları.

Mariupol və Melitopola hücum yanvarda başlayacaq. «Ardınca isə kampaniyanın həlledici fazası başlanacaq: Krımın azad edilməsi» - general yazır.

Bu ərəfədə Rusiya ordusu Xersonu tərk edib və öz qüvvələrini Dneprin sol sahilinə keçirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol