Menu

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

14.11.2022, 14:46
Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək

Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq formatı inkişaf etdiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, məsələ Tbilisidə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşü zamanı müzakirə edilib.

Gürcüstan Müdafiə Nazirliyinin (MN) məlumatına görə, söhbət zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əlaqələrin dərinləşdirilməsinin, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Zakir Həsənovun səfər çərçivəsində Azərbaycan nümayəndə ilə birlikdə Gürcüstanın David Aqmaşenebeli adına Milli Müdafiə Akademiyasını da ziyarət edəcəyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol