Menu

“İrana səfər etmək təhlükəlidir!”- "Qondarma ittihamla həbs edə bilərlər"

14.11.2022, 17:00
“İrana səfər etmək təhlükəlidir!”-  "Qondarma ittihamla həbs edə bilərlər"

“İran-Azərbaycan münasibətlərinin hazırki gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər”, - ekspert əlavə edib.

Politoloq İran Xarici İşlər Nazirliyinə çağrılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim etdiyini xatırladır: “Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol