“HEÇ VAXT AZƏRBAYCANA XEYİR VERMƏYİB, AİLƏSİ BELƏ...” – Sabiq nazir Mehdiyevlə bağlı danışdı

“Dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək”.

”AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov reytinq.az-a deyib.

Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib.

M. Mərdanov bildirib ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib. Əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı: Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”.

Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb: “Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.

M. Mərdanov qeyd edib ki, R. Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.

“AzPolitika.info”

635x100

Şərhlər

Mətləb Mustafayev 2022-11-16 16:06:26

2009-cu ildə Əmlak komitəsinə işə qəbul olunan şəxsdən bir gündə imzalı, tarixli və imzalı tarixsiz iki Ərizə alınırdı.Bu qanunsuzluğun səbəbini soruşanda sədr müavini Rüstəm Şahbazov bildirdi ki, Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin göstəqişidir.Həqiqətən belə göstəriş vermişdin yoxsa sənin adından istifadə olunurd? İmkanın varsa cavab ver.

Roma 2022-11-16 13:42:53

Necə xeyir vermiyib, özü akademik, həyat yoldaşı və qızı hər ikisi Professor, kafedra müdiri, oğlu nazir müavini-general, bundan böyük xeyir???...

Eli 2022-11-16 13:13:33

Bu dünyanın ve heyatın yazılmış ve yazlmamış qanunlarına göre insan yaşlaşdıqca elmi ve helmi artır ,yeni o kamilleşmeye doğru gedir ,bizde ise her şey deyesen eksinedir.İki akademik başqalarına her menada nümune olmaq evezine bir biri ile hesab çürüdğb cemiyyetde özlerini rüsvay edirler.Bunlara baxanda savadlı,ziyalı cavanlar bunlara nümune ola bilerler.Allah özü bu millete “ qabaqda gedenlere” kömek olsun.

MƏN 2022-11-16 10:14:19

dəfələrlə problem yaradıbsa,səsiniz niyə çıxmayıb?

Amon 2022-11-16 01:42:48

Okemizde iranin casuslari rusun cesuslarindan da coxuymus.Allah azerbaycanimizi ve turkiyemizi qorusun

t.ədalət 2022-11-16 00:30:40

Vaxtı ilə yaxın dostlardan biri, Əslən Naxçıvanlı olan Telman Quliyevi Qax rayonuna İH başçısı təyin etmişdilər.İxtisasca jurnalist olan,nümunəvi əxlaqa bmalik Telman müəllim deyir ki,bir gün Əhməd Əhmədzadə yanıma gəldi və dedi ki,Qaxın mərkəzi küçəsini mənim atamın adına verməlisən.Düzü,Telman müəllim gözləmədiyi bu təklifdən narahat olur və deyir ki,axı,mərkəzi küçə ulu öndərin adını daşıyır.Nə isə.Ə.Əhmədzadə gedir yaxın dostu Ramiz Mehdiyevin yanına və təklifini qəbul etməyən Telman müəllimi işdən çıxartdırır.

Oxucu 2022-11-15 21:31:42

Ölkənin texniki və texnoloji müstəqilliyi təbiət elmlərinın inkişaf səviyyəsi ilə sıx bağlıdır. Təbiət elmləri ilə məşğul olan institutları Akademiyanın tərkibindən çıxarıb, Təhsil nazirliyinə vermək səhv addımdır və təbiət elmləri sahəsində çalışan institutları məhv etməkdir. Akademiya Eldar Salayevin vaxtından dağıdılmağa başlanıldı. Eldar Salayevin dövründə Ədəbiyyat muzeyinin birinci mərtəbəsi mağazalara çevrildi, sonra “Akademkniqa” satıldı və s. Yaxın vaxtlarda Təhsil nazirliyinə verilən institutların ərazilərində yaşayış binaları tikiləcək. Akademiyanın istənilən inastitutnda elmin səviyyəsi, universitetlərdəki elmi səviyyələrdən çox yuxarıdır. Məhz buna görə də bu institutları Təhsil nazirliyinə pərçimləmək düzgün deyil.

Misir müəlimə 2022-11-15 13:28:53

Misir müııim Siz Mehdiyevi gözəl xarakteristika etdiniz....

Məlumatı olan... 2022-11-15 13:15:57

Misir müəllim, belə pis çıxmasın, sizin da həyat yoldaşınızın adı Klaradır. Onun milliyyəti nədir?....

Vətəndaş 2022-11-15 12:32:51

Ay bədbəxt hər ikiniz də .... sindromuna tutulmusuz lakin xəbəriniz yoxdur!

M.Sərgərdan 2022-11-15 12:15:26

Bəs, bir Maksim bəy yazırdı ki, o, öz ardınca MKyə çox dəyərlənən xanım işçi də gətirmişdi?

Camaat-a 2022-11-15 11:27:22

Düz yazmısan qardaşım. Bu bizim bir millət kimi zəifliyimizin nəticəsidir. İnşallah yəqin bunun da bir sonu olacaq. Yəqin ki sonun başlanğıcıdır.

N.Seyfeli. 2022-11-15 10:30:21

Mehdiyevi basha dushduk-rusiyanin Azerbacandaki canishidir; bes idikilere meddaxligina ne deyek?

Camaat 2022-11-15 10:00:42

Təkcə ramiz mediyevmi? 50 ildən yuxarıdırki siz regionçuluq.tayfabazlıq.yerlibazlıq kimi iyrənc üsullarla eraz-naxçıvan klanıı birləşib Azərbaycan xalqını ,Dövlətini pis günlərə qoydunuz.ALLAH sizə nəhlət eləsin.

Nazim 2022-11-15 09:37:15

Ramiz mehdiyev leyaqetsizin biridir, bunu butun olke bilir, bes sen de duz adam deyilsen axi...

Çingiz 2022-11-15 09:20:52

Nə qədər pis olsa da sənin təhsil naziri işləyərkən Azərbaycanın gələcəyinə vurduğun ziyanın mində biri qədər olmaz

Son yazılar