Menu

Kreml Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar faktını təsdiqləyib

14.11.2022, 20:45
Kreml Ankarada Rusiya ilə ABŞ arasında danışıqlar faktını təsdiqləyib

Rusiya-Amerika danışıqları həqiqətən də noyabrın 14-də Ankarada ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Bu barədə bazar ertəsi Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi”, - Kreml sözçüsü bildirib.

Eyni zamanda, Peskov söhbətin mövzusunu açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol