Menu

“Cavab vermək istəmirəm, o, buna layiq adam deyil...” – Ramiz Mehdiyev

15.11.2022, 12:25
“Cavab vermək istəmirəm, o, buna layiq adam deyil...” – Ramiz Mehdiyev

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev sabiq təhsil naziri Misir Mərdanovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

R. Mehdiyev "Unikal"a açıqlamasında bunları deyib:

"Bilirsiniz, mən bu məsələlərə cavab vermək istəmirəm. Çünki o, buna layiq olan adam deyil", - deyə o qeyd edib.

Xatırladaq ki, M.Mərdanov bildirib ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib. Əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı: “Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

Şərhlər

Murad 2022-11-15 13:41:45

Kor-kora kor deməsə bağrı çatlar.Bunların heç biri Azərbaycana işləməyib.Mənimsəmə,varlanma,rüşvət və yalan!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol