“Tehrandakı fars rejimi illərdi ki, Mehdiçilik ideologiyasıyla Azərbaycan xalqının beynini yuyaraq, onları Quzeydəki qardaşlarına qarşı qızışdırmaqla məşğuldur. İran Mehdiçiliyə əsaslanan məzhəb siyasəti ilə İraq və Suriyada vətəndaş müharibəsi törətdi və hər iki ölkədə böyük insan fəlakətlərinə səbəb oldu. Həmçinin bu yolla İŞİD-i Əfqanistanın başına bəla edərək, oradakı vətəndaş müharibəsini daha da dərinləşdirdi. İran eyni planı Azərbaycana qarşı da hazırlamışdı. Lakin bunu bacarmadı və bundan sonra da bacara bilməyəcək”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Xaləddin İbrahimli özünün “feysbuk” hesabından etdiyi paylaşımda bildirib.
Politoloq qeyd edib ki, Azərbaycanın bu təhlükədən xilas olmasının iki mühüm səbəbi var: “Birincisi, fars rejimi zənn edirdi ki, sərhəddəki hərbi təlimlərlə azərbaycanlıların başını aldadacaq və onları Arazın Quzeyindəki öz doğma soydaşlarının üzərinə göndərərək, qardaş müharibəsinə səbəb olacaq. Amma bu təlim uğursuz oldu və fars rejimi bundan sonra ölkə daxilindəki məsələrə yönələrək, etiraz aksiyalarında daha sərt tədbirlərə əl atdı.
İkinci vacib məqam isə Azərbaycan Prezidentinin dünyadakı bütün soydaşlarımıza sahib çıxacağıyla bağlı verdiyi bəyanat oldu. Bu fikir bir dəfə beynəlxalaq arenada olmaqla ümumilkdə iki dəfə səsləndirildi. Hesab edirəm ki, ölkə başçsı bu bəyanatlarla bağlı geri addım atmayacaq”.
“Çox güman ki, Azərbaycanın İraq və Suriyanın vəziyyətinə düşməsinin, qarşısı alındı. Tehranın mənfur planları iflasa uğradı. İndi Mehdi mifiylə, soydaşlarımız arasına nifrət və qəzəb toxumları səpməyə çalışan fars rejimi ilə hərtərəfli mübarizənin vaxtı çatıb. Onları tərksilah və ifşa etmək vaxtıdır”, - politoloq bildirib.
“AzPolitika.info”


Şərhlər
iran Azərbaycana hücum etdiyi gün Azərbaycanın necə birləşdiyini pütün dünya görəcək--elə bil yatmış şir oyanacaq--Azərbaycanlılar bir-birinimi güllılıyəcək ???--diktatorların təhlil qabiliyyətləri olmur.