“Ermənistan Azərbaycanla Qarabağ ermənilərinin təhlükəsizliyinə beynəlxalq zəmanət verən sülh müqaviləsi bağlamağa çalışır. İrəvan məhz belə bir müqavilə versiyası təklif edir”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Civilnet” kanalına müsahibəsində Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirib.
“Biz bu variantda sülh müqaviləsi bağlayırıqsa, mümkün təxribatların qarşısını alırıq, təklif edilən mexanizmlər isə beynəlxalq zəmanət yaradır”, – deyə o bildirib.
Qriqoryan xatırladıb ki, Azərbaycan sülh müqaviləsinin 5 bəndini, daha sonra isə daha ətraflı mətn təklif edib. Onun sözlərinə görə, Ermənistan tərəfi çərçivə müqaviləsinin mətnini hazırlayıb və noyabrın 7-də Vaşinqtonda XİN başçılarının görüşündə təqdim edib.
“Bu, hərtərəfli mətndir və Ermənistan və Azərbaycan arasında problemləri həll edə bilər”, – deyə o bildirib.
Rusiyanın təklifləri haqqında suala cavabda Qriqoryan bu təkliflərin Soçidə müzakirə olunduğuna, amma Bakının israrı ilə çıxarıldığına eyham edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında 4 böyük mövzu var, onların da alt mövzuları var: “Birincisi humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi kommunikasiyaların açılması, daha sonra delimitasiya, sərhəd təhlükəsizliyi komissiyalarının işi və “dağlıq Qarabağ probleminin” həllidir”.
Qriqoryan sülh müqaviləsi barədə danışarkən ziddiyyətli açıqlamalar verib. Gah bildirib ki, Qarabağda qalan ermənilərlə bağlı “ problemin” necə həll ediləcəyi dəqiqləşdirilmədən sülh müqaviləsi bağlamaq qeyri-mümkündür.
Daha sonra isə Qarabağda qalan ermənilərlə bağlı “problemi” sülh müqaviləsinin bir hissəsinə çevirmək mümkün olmadığını, bunun üçün də həmin məsələsinin sülh müqaviləsi prosesindən ayrılmasının mümkünlüyünün müzakirə olunduğunu bildirib.
Belə görünür ki, siyasi orientasiyasını müəyyənləşdirməkdə çətinlik çəkən İrəvan Azərbaycanla sülh müqaviləsi bağlayıb-bağlamamaq məsələsində də qərar verə bilmir.
“AzPolitika.info”


Şərhlər
Sülh müqaviləsi İrəvanla deyil,Rusiya ilə imzalanacaq.Çünki Qarabağda rus ordusu dayanır.
İran ərazisində ortalama 40 milyon azərbaycanlı yaşayır. Hansısa rəsmi açıqlama yoxdur, (statistik göstəricilər mövcud olub olmamasını bilmirəm) ola bilər ki, bu rəqəm artıq da olsun. Bu adamcığazın sözündən belə çıxır ki, biz istədiyimiz vaxtı İran sərhəddini sərbəst keçə, istədiyimizi aparıb gətirə və s. edə bilərik. Dövlət öz dövlətçiliyini sübut etməlidi, öz sərhəddini qorumağı bacarmalıdır. Dövlətin mahiyyəti də elə bundan ibarətdir.Şükürlər olsun Qarabağı azad etdik, Xankəndi gələcəkdə bizə böyük problemlər yaşadacaq. Bunu unutmamalıyıq. Qərb ölkələri qoy öz problemlərini çözsün, onun nəyinə lazımdır mən necə dolanıram. Anlayıram ki, çətindir amma qaradan tünd rəng yoxdur. Biz biq xalq olaraq özümüzdə cürət tapıb nəhayət sözümüzü deməyə qadir olmalıyıq.