Menu

Rusiya Ukraynanı yenidən raket atəşinə tutub - "Daha 20 raketin atılacağı gözlənilir" (Yeniləndi)

15.11.2022, 20:33
Rusiya Ukraynanı yenidən raket atəşinə tutub - "Daha 20 raketin atılacağı gözlənilir"  (Yeniləndi)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə ilə bağlı açıqlama verib.

APA-nın xəbərinə görə, Zelenski bildirib ki, bu gün Ukraynaya səksəndən çox raket atılıb. Əsas hədəf enerji infrastrtukturu olub.

“Əlavə 20 raketin atılacağı gözlənilir. Sizdən bir xahişim var: özünüzü qoruyun və bir müddət sığınacaqdan çıxmayın. Zərbələrə görə şəhərlərin çoxunda elektrik kəsilib. Biz işləyirik, hər şey bərpa ediləcək” – deyə dövlət başçısı vurğulayıb

***

Rusiyanın Ukraynanı raket atəşinə tutması nəticəsində bir sıra şəhər və vilayətlərdə elektrik enerjisi kəsilib.

"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, paytaxt Kiyevdə daha bir çoxmərtəbəli yaşayış binasına raket düşüb.

Bundan başqa, raketlərdən biri Xarkovdakı mühüm əhəmiyyətli infrastrukturu hədəf alıb, metronun hərəkəti dayandırılıb.

Məlumatda həmçinin Jitomırın tamamilə, Lvov, Rivne və digər şəhərlərin qismən elektrik enerjisiz qaldığı bildirilib.

Hazırda Kiyev, Xarkov, Vinnitsa, Kovel, Jitomır, Lvov, Poltava, İvano-Frankovsk, Ternopol, Krivoy Roy, o cümlədən digər şəhər və vilayətlərdə partlayışların baş verdiyi qeyd olunub. 

***

Rusiya Ukraynanı yenidən raket atəşinə tutub, onlardan ikisi paytaxt Kiyevdəki yaşayış binasına düşüb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri paytaxt üzərində bir neçə raketi vurub.

Hadisə yerinə xilasedicilər və təcili tibb yardım briqadaları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol