Menu

FRANSA SENATI BƏDNAM QƏTNAMƏNİ QƏBUL EDİB

15.11.2022, 21:02
FRANSA SENATI BƏDNAM QƏTNAMƏNİ QƏBUL EDİB

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.

Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayərlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib. (report.az)

Sənədin lehinə 295, əleyhinə isə cəmi 1 senator səs verib.

“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, o cümlədən Azərbaycan siyasi liderlərinin əmlaklarının müsadirə edilməsi, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, - sənəddə deyilir.

Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Bizimlə əlaqə saxlayın

Şərhlər

Millət 2022-11-15 22:45:45

Avropaya gedən qaz borularını təmirə bağlamaq lazımdır. Onda o biri qonşulardan şapalaq yeyərlər

t.ədalət 2022-11-15 22:12:48

Azərbaycan Fransadakı səfirini geri çağırmalı,xain və düşmən Fransa ilə diplomatik əlaqəsini kəsməlidir.

Səid 2022-11-15 21:37:57

Bütün diplomatik əlaqələri kəsmək bir çarə olmasa da, artıq vaxtıdır. Amma kəsə bilərikmi? Çətin ki. Hələ də Avropa İttifaqı vasitəçiliyi ilə 3 tərəfli görüşdə Fransa Prezidentinin iştirakına etiraz edə bilmirik. Bu ölkəyə ciddi bir reaksiya verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol